"Borussiya" idman direktoru ilə vidalaşdı
22.03.2026 - 19:12
"Borussiya"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, klub idman direktoru Sebastyan Kehllə yollarını ayırıb.
Bunu Dortmund təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Tərəflərin yollarını ayırmasına səbəb klubun ciddi dəyişikliklərə getməyi planlaması olub. Bundesliqa təmsilçisi mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, o, 2022-ci ilin iyul ayından "Borussiya"da çalışırdı.
0
0