"Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq
22.11.2024 - 09:56
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Lion” qış fasiləsində bir neçə oyunçusu ilə yollarını ayırmağı düşünür.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Fransa klubu Vilfrid Zaha, Said Benrahma, Gift Orban, Maksens Koqere, Ernest Nuama və Sael Kumbedini satmaq istəyir.
“Lion” maliyyə problemləri yaşayır və klub mövsümün sonuna kimi borclarını ödəyə bilməzsə, elitadan kənarlaşdırılacaq.
“Qarabağ” “Lion”la noyabrın 28-də Bakıda üz-üzə gələcək.
- Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib
- Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"
- 3 boksçumuz paytaxtda keçirilən turnirə qələbə ilə başladı
- “Ağ-qaralar”da gözlənilməz ayrılıq - “Neftçi”nin ulduzu Braziliyaya gedir?
- Alonsonun "Real" rəhbərliyindən xüsusi istəyi
0
0