"Napoli"də yeni hücumçu
17.01.2024 - 00:56
"Napoli" hücum xəttini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Neapol klubu "Verona"nın hücumçusu Siril Nqonqeyə elçi düşüb.
Klublar arasında danışıqların müsbət yöndə davam etdiyi bildirilir. Son İtaliya çempionu 23 yaşlı belçikalının transferi üçün qarşı tərəfə 18 milyon avro və futbolçunun çıxışından asılı olaraq bonuslar ödəməlidir.
Qeyd edək ki, bu mövsüm 21 matçda meydana çıxan Nqonqe aktivinə 6 qol və 2 məhsuldarr ötürmə yazdırıb.
- Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”
- "Beşiktaş" "Qalatasaray"ı məğlub edərək superkubokun sahibi olub - YENİLƏNİB
- Rəşad Sadıqov: “Meydanda istədiyim futbolu gördüm”
- Braziliya millisinin üzvü “Əl-Əhli”də - Rəsmi
- Millimiz Özbəkistanda təlim-məşq toplanışına start verib
0
0