Krakov-2023: Süleymanov 1/8 finalda uduzdu - YENİLƏNİB
26.06.2023 - 17:17
![Krakov-2023: Süleymanov 1/8 finalda uduzdu - YENİLƏNİB](https://apasport.az/storage/news/2023/june/26/big/64995c5aa88e964995c5aa88ea168777225064995c5aa88e764995c5aa88e8.jpg)
Bu gün Krakov-2023 III Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son gündə bir idmançı ilə təmsil olunub.
87 kq çəkidə çıxış edən Taleh Süleymanov mübarizəyə 1/8 finaldan başlayıb. Təmsilçimiz Aleksander Baçmanla (Almaniya) üç raundluq mübarizədə məğlub olub - 1:2 (6:0, 4:10, 1:4). Almaniya idmançısı 1/4 finalda uduzduğu üçün taekvondoçumuz medal şansını itirib.
Qeyd edək ki, taekvondo yığmamız Polşada 2 medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc medal əldə edib.
0
0