İtaliya təmsilçisi “Napoli” yay transfer dövründə hücum xəttini gücləndirmək üçün əsas diqqətini Darvin Nunyezə yönəldib.
Apasport.az xəbər verir ki, klubun hücum xətti üzrə əsas hədəfi “Liverpul”un uruqvaylı forvardıdır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Napoli” rəhbərliyi hazırda başqa heç bir mərkəz hücumçu variantı üzərində işləmir. Klub yalnız Nunyez transferinin mümkün olub-olmadığı dəqiqləşəndən sonra alternativlərə baxacaq.
Transfer məbləğinin və futbolçunun maaşının uyğun olub-olmadığını dəqiqləşdirmək üçün tərəflər arasında danışıqlar gələn həftə də davam etdiriləcək.
Qeyd edək ki, Darvin Nunyez 2024/25 mövsümündə “Liverpul”un heyətində 30 Premyer Liqa oyununa çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- İranın oyununda 29 dəqiqə uzatma vaxt - REKORD
- "Turan Tovuz"un kapitanı üçün yubiley matçı - 100-ə çatdı
- “Bavariya” almaniyalı futbolçu ilə yollarını ayıracaq
- Şahin Diniyev ehtiyat edir: "İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq"
- Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"