“Bayer”in yeni transfer hədəfi
22.06.2025 - 18:35
“Bayer”in yeni transfer hədəfi

“Bayer” heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub “Barselona”nın qapıçısı İnyaki Penyanı heyətinə qatmağı planlaşdırır.

Leverkuzen təmsilçisi 26 yaşlı qolkiper üçün “Barsa” ilə danışıqlara başlayıb.

Penyanın Kataloniya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Danışıqlar müsbət yekunlaşsa, İnyaki yeni mövsümə “Bayer”də başlayacaq.