ÇL: "Qarabağ" bu göstəriciyə görə dördüncüdür
12.12.2025 - 10:56
ÇL: "Qarabağ" bu göstəriciyə görə dördüncüdür

Çempionlar Liqasında 6 turdan sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Apasport.az UEFA-ya istinadən xəbər verir ki, "Qarabağ" topu geri qazanmada 4-cü pillədədir.

Azərbaycan çempionu geridə qalmış 6 matçda 264 dəfə rəqiblərindən topu geri qazanıb.

Bu göstəricidə ilk pillədə "Atletik"dir.

Onlarda bu göstərici 303-dür.