"Sent-Etyen" "Lion"u evə xalsız göndərdi
21.04.2025 - 01:29
"Sent-Etyen" "Lion"u evə xalsız göndərdi

Fransa Liqa 1-də XXX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün 5 matç keçirilib.

"Sent-Etyen" - "Lion" görüşü yarımçıq dayandırılıb. Oyunun 44-cü dəqiqəsində baş hakim komandaları meydandan çıxarıb.

Buna səbəb tribunalardan atılan yad əşyaların köməkçi hakimə dəyməsi olub.

Bir müddət keçdikdən sonra referi matçı davam etdirib. 3 qolun vurulduğu qarşılaşmada "ağ-yaşıllar" qələbə qazanıblar.

Fransa Liqa 1
XXX tur
20 aprel

17:00. "Lill" - "Oser" 3:1
19:15. "Reyms" – "Tuluza" 1:0
19:15. "Brest" – "Lans" 1:3
19:15. "Nitsa" – "Anje" 2:1
22:45. "Sent-Etyen" – "Lion" 2:1