Nəhənglərin Kimmix savaşı
25.01.2024 - 11:42
Avropanın aparıcı futbol klublarının Çoşua Kimmixə olan marağı davam edir.
Apasport.az xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi uğrunda "Liverpul", "Mançester Siti" və PSJ mübarizə aparır.
Xüsusilə, 28 yaşlı futbolçunun Münhen təmsilçisi ilə yeni müqavilə imzalamağa tələsməməsi sözügedən komandaların ümidlənməsinə səbəb olub.
Xatırladaq ki, Almaniya millisinin də şərəfini qoruyan orta xətt oyunçusunun komandası ilə razılaşması 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 2015-ci ildə “Bavariya”ya qoşulan Kimmix bu mövsüm 23 matçda aktivinə 1 qol və 6 məhsuldar ötürmə yazdırıb.
- Azərbaycan çempionu 5 əcnəbisini göndərdi
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- Azərbaycan millisi yenə məğlub oldu - YENİLƏNİB
- “Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
- Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
0
0