Neymara “Əl Hilal”dan təklif - 250 milyon avro
12.06.2023 - 14:02
![Neymara “Əl Hilal”dan təklif - 250 milyon avro](https://apasport.az/storage/news/2023/june/12/big/6486e7767f5366486e7767f53716865626786486e7767f5346486e7767f535.png)
PSJ-nin hücumçusu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, “Əl Hilal” 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib.
Ərəblər Braziliya millisinin kapitanına illik 250 milyon avro maaş ödəməyə hazırdırlar. Hazırda zədəsini sağaltmaqla məşğul olan Neymarın təklifi nəzərdən keçirdiyi bildirilir. PSJ-nin satmaq istədiyi forvardı Avropanın bir çox komandası da heyətində görmək istəyir.
Qeyd edək ki, son mövsümdə 29 matçda iştirak edən oyunçu 18 qol və 17 assistlə yadda qalıb.
0
0