Niderlandın rəqibi bəlli oldu - 1/16 finalda Mərakeşlə qarşılaşacaq
26.06.2026 - 05:12
Niderlandın rəqibi bəlli oldu - 1/16 finalda Mərakeşlə qarşılaşacaq

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.

Apasport.az xəbər verir ki, Niderland millisi pley-offun ilk mərhələsində Mərakeşlə üz-üzə gələcək.

Niderland F qrupunu lider kimi tamamlayıb. Mərakeş isə C qrupunda Braziliyadan sonra ikinci yeri tutaraq 1/16 finala yüksəlib.

Qeyd edək ki, Niderland - Mərakeş oyunu iyunun 29-da keçiriləcək.