Niko Kovaç yenidən Bundesliqa klubunda
24.05.2022 - 14:31
![Niko Kovaç yenidən Bundesliqa klubunda](https://apasport.az/storage/news/2022/may/24/big/628cb41b5dd99628cb41b5dd9a1653388315628cb41b5dd97628cb41b5dd98.jpg)
“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Niko Kovaç Bundesliqa klubunun sükanı arxasına gətirilib.
50 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu postda Florian Kofeldti əvəzləyib. Kofeldt ötən iln oktyabrından mövsümün sonuna qədər komandaya rəhbərlik edib. “Volfsburq” mövsümü 34 xalla 12-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Niko Kovaç əvvəllər Bundesliqada “Ayntraxt” və “Bavariya”nı çalışdırıb. Xorvatiyalı sonuncu dəfə 2020/21 mövsümündə “Monako”ya rəhbərlik edib.
0
0