“Nitsa”dan “Liverpul”a gəlir
10.06.2023 - 10:59

“Liverpul” daha bir futbolçu ilə güclənir.
Apasport.az saytı xəbər verir ki, ingilislər Fransa “Nitsa”sından Kefren Türamın transferini həll etməyə çalışırlar.
Tərəflər arasında danışıqların davam etdiyi və yaxın günlərdə müqavilənin imzalanacağı bildirilir. 22 yaşlı yarımmüdafiəçi də İngiltərədə oynamaq istədiyini bildirib.
Qeyd edək ki, son mövsümdə 48 matça çıxan fransalı oyunçu 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib
- Krunoslav Renduliç: “Hücumda xüsusi nəsə yarada bilmədik”
- Avrokuboklarda ən çox oyun keçirən məşqçilər: Qurban Qurbanov ilk sıralarda
- Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək
- Boksçumuz Avropa Oyunları ilə vidalaşdı
0
0