Onun üçün 2022-ci il bitdi
23.10.2022 - 22:02
![Onun üçün 2022-ci il bitdi](https://apasport.az/storage/news/2022/october/23/big/63553b9b493ed63553b9b493ee166653020363553b9b493e863553b9b493eb.jpg)
Braziliyalı futbolçu Halk zədələnib.
Apasport.az saytının məlumatına görə, “Atletiko Mineyro”da çıxış edən hücumçu sol ayağından xəsarət alıb.
Zədəsi ciddi olan forvard 2-3 aylıq sıradan çıxıb. Halk yalnız 2023-cü ildə meydana dönə biləcək.
Qeyd edək ki, cənubi amerikalı cari mövsümün 46 oyununda 29 qol vurub.
0
0