Osimhenə Premyer Liqadan növbəti müştəri
27.03.2025 - 14:51

“Nottingem Forest” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhenin xidmətində maraqlıdır.
“Nottingem Forest” 26 yaşlı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ ilə yarışacaq. İngiltərə təmsilçisi İtaliya klubuna 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, “Qalatasaray” Osimheni ötən ilin sentyabrında “Napoli”dən icarəyə götürüb.
- Renat bir hissə oynadı, komandası məğlub oldu
- "Çelsi" – "Real": Start heyətlər
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Kikboksinq millilərimizin bu il iştirak edəcəyi yarışlar bilindi
- Millimizin Monteneqro ilə oyun üçün heyəti açıqlanıb
0
0