Paytaxt klubunda 2 transfer birdən
01.07.2022 - 13:44
“Latsio” “Verona”nın hücumçusu Matteo Kançelyerini heyətinə qatıb.
Apasport.az saytının məlumatına görə, Roma klubu 20 yaşlı forvardı birillik icarəyə götürüb.
Paytaxt təmsilçisi gələn ilin yayında onu birbaşa transfer etmək hüququna malikdir.
Bununla kifayətlənməyən “Latsio” daha bir transferə yaxındır. “Barselona”nın yarımmüdafiəçisi Riki Puçun keçidi ilə bağlı klublar arasında ilkin razılıq olunub. O da böyük ehtimalla növbəti mövsümü icarə əsasında A seriyası komandasında keçirəcək.
Qeyd edək ki, ötən mövsüm Matteo Kançelyeri 12 oyunda, Riki Puç isə 15 oyunda 1 qol vurub.
- Rəşad Rəsullu: "Onları sterilizə vəziyyətdə saxlaya bilmərik"
- İngiltərə millisinin əşyalarını oğurlayanların Kimliyi bəlli oldu
- Messidən milli karyerasına davam?
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
0
0