Pessina “Atalanta”dan gedir
24.06.2022 - 22:02
Matteo Pessina “Atalanta”dan ayrılır.
Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi komandasını artıq bu yay dəyişə bilər.
Onun xidmətində “Montsa” maraqlıdır. Pessina karyerasını başladığı bu klubda 2007-15-ci illərəd çıxış edib.
2019/20 mövsümündə Matteonu icarəyə götürən “Verona” da onu ələ keçirməyə çalışır. Həmin vaxt komandanın baş məşqçisi olan İvan Yuriç yenə İtaliya klubunun sükanı arxasındadır və Pessinanı sərəncamında görmək istəyir.
Qeyd edək ki, Matteo 2017-ci ildən “Atalanta”nın formasını geyinir.
- Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Qadın cüdo millimiz niyə "Böyük Dəbilqə"lərdə iştirak etmir?
- Emreli "Nürnberq"in ən çox qazanan futbolçularındandır
- PFL rəsmisi: "Superkubok aktual müzakirə mövzusu deyil"
0
0