Poçettino ilə danışıqlar başladı
21.04.2023 - 12:33
![Poçettino ilə danışıqlar başladı](https://apasport.az/storage/news/2023/april/21/big/644240c13fdc1644240c13fdc21682063553644240c13fdbf644240c13fdc0.jpg)
“Çelsi” yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Maurisio Poçettinonun xidmətində maraqlıdır.
Argentinalı mütəxəssislə danışıqlara da start verilib. 51 yaşlı çalışdırıcı London təmsilçisinin siyahısındakı 5 namizəddən biridir. PSJ-dən ayrıldıqdan sonra işsiz olan Poçettino yenidən Premyer Liqada dönməyin əleyhinə deyil.
Qeyd edək ki, “Çelsi”ni mövsümün sonuna qədər müvəqqəti baş məşqçi Frenk Lempard çalışdıracaq.
0
0