Premyer Liqadan “Əl-Şəbəb”ə
21.08.2023 - 20:11
İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Everton”un üzvü Demaray Qrey “Əl-Şəbəb”ə keçidə yaxındır.
Yamaykalı hücumçunun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Asiyalılar hazırda futbolçunun özü ilə danışıqlar aparır.
26 yaşlı futbolçunun Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. Transferin 20 milyon avroya reallaşacağı gözlənilir.
Qeyd edək ki, Demaray ötən mövsümün 36 oyununda 6 qol vurub.
- Boksçularımız dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
- Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib
- Azərbaycan hakimləri seçmə mərhələdə
- UEFA "Qarabağ"a 1.2 milyon avro ödəyəcək
0
0