Premyer Liqanı La Liqaya dəyişə bilər
13.05.2025 - 19:46
İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "kral klubu" Konateni yayda heyətinə qatmağa çalışacaq.
Xatırladaq ki, "Liverpul" İbrahima Konateni 2021-ci ildə "Leypziq"dən transfer edib.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Beşiktaş"ın müdafiəçisi İstanbul klubunun hədəfində
- Paredes “Yuventus”a keçidə razılıq verdi
- Bahadur Həziyev yenidən “Səbail”də
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
0
0