Premyer Liqanın ən yaxşı 10 yarımmüdafiəçisi
28.11.2025 - 17:56
Premyer Liqanın ən yaxşı 10 yarımmüdafiəçisi

“Goal” jurnalı İngiltərə Premyer Liqasının ən yaxşı yarımmüdafiəçilərinin reytinq siyahısını dərc edib.

Apasport.az xəbər verir ki, siyahıya “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays başçılıq edir.

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo ikincidir, “Mançester Siti”nin ispaniyalı futbolçusu Rodri Hernandes isə ilk üçlüyü tamamlayıb.

İngiltərə Premyer Liqasının 10 ən yaxşı yarımmüdafiəçisi arasında həmçinin, Bruno Fernandes (Mançester Yunayted), Martin Odeqard (Arsenal), Bruno Gimarayeş (Nyukasl), Qranit Caka (Sanderlend), Dominik Soboslai (Liverpul), Enzo Fernandes (Çelsi) və Martin Subimendi (Arsenal) yer alıb.