PSJ-dən kapitana yeni müqavilə təklifi
25.05.2022 - 00:43
![PSJ-dən kapitana yeni müqavilə təklifi](https://apasport.az/storage/news/2022/may/24/big/628cd4868414c628cd4868414d1653396614628cd48684148628cd4868414a.jpg)
PSJ kapitanı Markinyoşu komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Fransa çempionu Braziliya millisinin müdafiəçisinə yeni müqavilə təklif edib.
27 yaşlı ulduz futbolçu rəhbərliyin şərtlərini qəbul etsə, sözləşməsini 2027-ci ilə qədər uzadacaq. Onun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-də çıxış edir.
0
0