PSJ-nin matçı təxirə salındı
26.03.2026 - 17:56
PSJ-nin matçı təxirə salındı

Fransa çempionatının XXIX turunun "Lans" - PSJ matçı təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə qərarı Fransa Peşəkar Futbol Liqası verib.

Paris təmsilçisinin UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Liverpul"la oyunlarına (8-14 aprel) yaxşı hazırlaşması üçün Liqa 1 matçı təxirə salınıb. Qarşılaşma aprelin 11-də keçirilməli idi.

UEFA Konfrans Liqasının 1/4 finalında "Maynts"ın rəqibi olan "Strasburq"un çempionatda "Brest"lə görüşünün də vaxtı dəyişdirilib. Təxirə salınmış hər iki matç13 may tarixində təşkil ollunacaq.