"Qalatasaray" baş məşqçisi ilə vidalaşdı
21.06.2022 - 22:54
!["Qalatasaray" baş məşqçisi ilə vidalaşdı](https://apasport.az/storage/news/2022/june/21/big/62b213fe83c2062b213fe83c21165583769462b213fe83c1b62b213fe83c1e.jpg)
Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.
Bu ilin yanvarında “sarı-qırmızılar”ın “sükanı arxasına” keçən ispaniyalı istefaya göndərilib. Onunla yanaşı, köməkçiləri ilə də müqaviləyə xitam verilib.
Torreni “Qalatasaray”ın sabiq futbolçusu Okan Burukun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, ispaniyalı mütəxəssislə müqavilə 2023-cü ilin yayınadək idi.
0
0