"Qalatasaray" Mikautadzeyə alternativ tapıb
08.01.2025 - 12:16
Qış transfer dönəmində hücum xəttini gücləndirməyə çalışan "Qalatasaray" Jorj Mikautadzenin keçidini reallaşdırmağa çalışır.
Apasport.az xəbər verir ki, İstanbul klubu gürcü futbolçunu transfer etməkdə israrlıdır.
Buna baxmayaraq, komanda Mikautadzeyə alternativ tapıb.
"Sarı-qırmızılı"lar "Renn" də çıxış edən Amine Quiri transfer etmək istəyir.
Fransa klubu bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, "Renn"in 2022-ci ildə 28 milyon avroya heyətinə qatdığı Quiri ilə daha əvvəl "Bayer Leverkuzen" və "Leypsiq" də maraqlanırdı.
- Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı olub
- Dünya çempionumuz: "Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
- Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO
- “Trabzonspor” “Göztəpə” səfərindən 3 xalla qayıdır
- "Səbail" daha bir transfer reallaşdırdı
0
0