Super Liqada yeni mövsümə hazırlaşan "Qalatasaray"da transfer çalışmaları davam edir.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Qalatasaray" Memfis Depayı transfer etmək istəyir.
Xəbərdə Depayla "İnter"in də maraqlandığı və İtaliya nəhənginin niderlandlı ulduza rəsmi təklif göndərdiyi bildirilirdi.
Niderlandlı futbolçu bonuslar istisna olmaqla illik 5 milyon avro maaş tələb edir.
Depayın “Qalatasaray”la anlaşa bilməyəcəyi halda, futbolçunun İtaliya nəhəngi ilə anlaşa biləcəyi vurğulanıb.
Qeyd edək ki, əvvəlki mövsümdə “Atletiko Madrid”lə ümumilikdə 31 matça çıxan və 1205 dəqiqə meydanda olan Memfis Depay 9 qol vurub, 2 məhsuldar ötürmə edib.
- I dövrəyə yekun vuruldu: Şamaxıda 6 qol
- Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."
- “Turan Tovuz”un müdafiəçisi: "Kurban Berdıyev çox sərtdir"
- “Neftçi”nin baş məşqçisi: “Qələbəyə layiq idik”
- “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb