"Qalatasaray"ın futbolçusu “Eypen”də
11.10.2023 - 18:22
!["Qalatasaray"ın futbolçusu “Eypen”də](https://apasport.az/storage/news/2023/october/11/big/6526ab0752e066526ab0752e0716970329676526ab0752e046526ab0752e05.png)
“Qalatasaray”ın futbolçusu Belçikaya transfer oldu.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın 20 yaşlı futbolçusu Pape Nianq “Eypen”ə gedib.
Seneqallı yarımmüdafiəçinin yeni komandası ilə 3 illik sözləşmə imzaladığı məlum olub. Böyük ümidlərlə Türkiyəyə gətirilən Nianq 2022-ci ildə “cim-bom”un akademiyasına qəbul edilmişdi.
Qeyd edək ki, futbolçu bu yay “Anderlext”ə keçməyə çalışsa da, yoxlanışdan uğurlu keçə bilməmişdi.
0
0