“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı
06.01.2023 - 15:17
“Qalatasaray”ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.
Apasport.az saytı xəbər verir ki, tanınmış iş adamı üçüncü divizionda mübarizə aparan “Şarlerua” komandasına sahib olub.
Belçika klubu satışla bağlı açıqlamasında “Şarlerua – Qalatasaray gələcəyə birlikdə və əl-ələ” şüarı ilə irəliləyəcəklərini bəyan edib. Bildirilib ki, yeni prezident maliyyə və idman sahəsində onlara dəstək verəcək.
Qeyd edək ki, 111 yaşlı komanda Belçika III divizionunda bu mövsüm 17 görüş keçirib. Bu oyunlarda 36 xal toplayan “Şarlerua” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- "Qarabağ"ın prezidenti: “Qarabağ” ailəsi olaraq çox kədərliyik”
- Millimiz mövqeyini qorudu – FİFA reytinqində
- UEFA Merih Demirala qarşı araşdırma başlatdı
- Milliləşdirilmiş legionerimiz: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ
- “Başakşəhər”dən qələbə, “Trabzonspor” yenə məğlub oldu
0
0