Qana millisinin baş məşqçisi qovuldu
24.01.2024 - 11:22
![Qana millisinin baş məşqçisi qovuldu](https://apasport.az/storage/news/2024/january/24/big/65b0ae0f5463565b0ae0f54636170607771165b0ae0f5463365b0ae0f54634.jpg)
Kris Hüyuton Qana millisinin baş məşqçisi vəzifəsindən qovulub.
Apasport.az xəbər verir ki, qanalılar Afrika Kubokunun qrup mərhələsində cəmi 2 xal toplayıb.
Xatırladaq ki, ingiltərəli mütəxəssis ötən ilin mart ayından Qana millisini çalışdırırdı. Bundan öncə isə o, 1 il texniki köməkçi işləyib.
Qeyd edək ki, Afrika Kubokunun qrup mərhələsinin son turunun matçında Qana 91-ci dəqiqəyə qədər Mozambikdən 2:0 üstün olsa da, qələbəni əldən verib.
0
0