“Qarabağ”ın sabiq hücumçusu Rumıniya klubunda
                    
                    16.02.2025 - 12:50
                        
                     
                    "Qarabağ"ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını Rumıniya çempionatında davam etdirəcək.
Fransalı hücumçu “Politexnika Yaşi” ilə anlaşıb.
Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-24-cü illərdə “Qarabağ”ın formasını geyinib.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                