Qattuzodan qeyri-adi tərif: “Qızıma yaraşır”
05.09.2022 - 23:14

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis futbolçusu Toni Latonu tərifləyib.
Qattuzo “Xetafe” üzərində 5:1 hesablı qələbədən sonra oyundakı ilk qolun müəllifini qeyri-adi şəkildə tərif edib: “Qızımın 18 yaşı var. Amma Toni Lato ona ideal şəkildə yaraşır. Siz özünüz görə bilərsiniz ki, Toni necə ciddi və zəhmətkeş insandır”.
Qeyd edək ki, dörd turdan sonra 6 xala malik “Valensiya” 10-cu pillədə qərarlaşıb.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq
- Deşam ardıcıl 2 mundial finalına komanda çıxaran 4-cü məşqçi oldu
- Oktay Derelioğlu: "Mübariz Mənsimov məni aldatdı" - EKSKLÜZİV
- Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO
- Federasiya rəhbərliyi millinin məşqçiləri ilə görüşdü
0
0