Qavi əməliyyat olundu
28.11.2023 - 21:53
![Qavi əməliyyat olundu](https://apasport.az/storage/news/2023/november/28/big/6565e87b2951f6565e87b2952017011774676565e87b2951d6565e87b2951e.png)
"Barselona"nın yarımmüdafiəçisi Qavi sağ dizinin ön çarpaz bağından əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat verib.
Uğurlu əməliyyat keçirən gənc futbolçunun bu zədədən sağalmasının 8-9 ay çəkəcəyi gözlənilir. 19 yaşlı futbolçu İspaniya millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Gürcüstan millisi ilə (3:1) oyunda zədələnib.
Qeyd edək ki, bu mövsüm “Barselona” forması ilə 15 matça çıxan oyunçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0