Qrinvud meydana qayıdır?
01.09.2023 - 13:59
"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı ingilisin nümayəndələri "Latsio" klubunun rəsmiləri ilə danışıqlara başlayıblar.
Vinqer sonuncu dəfə meydana 2022-ci ilin əvvəlində çıxıb. O, zorakılıqda ittiham olunaraq, saxlanılsa da, 2023-cü ilin fevralında isə Mançester polisi işi bağladığını bildirib.
Qeyd edək ki, Mançesterlilərin akademiyasının məzunu olan Meyson Premyer Liqada 83 matçda iştirak edərək, 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Canni de Byazi: "Azərbaycan üçün tarixi nəticədir"
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüş keçirib
- Marko Vesoviç: “Komandadan niyə göndərildiyimi bilmədim”
- "VAR mənim ideyamdır" dedi, FİFA-nı məhkəməyə verdi
0
0