“Bayer”in cinah oyunçusu Ceremi Frimponq mövsümün sonunda İspaniya çempionatına keçə bilər.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” oyunçunu transfer etməkdə maraqlıdır.
Madrid klubu ispaniyalı futbolçu Dani Karvaxalı Frimponqla əvəzləməyi düşünür. Cereminin transferi yayda tamamlana bilər.
23 yaşlı hollandiyalının “Bayer”lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Frimponq Bundesliqanın cari mövsümündə 25 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Bellinqem uğrunda mübarizədə geri addım
- İqor Rodriqes: “Qarabağ"ın Portuqaliyadakı qələbəsi məni təəccübləndirmədi" - Müsahibə
- Krunoslav Renduliç: “Hücumda xüsusi nəsə yarada bilmədik”
- “Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü
- Juninyo ilk dəfə "Sevilya"ya transferi haqda danışdı