![“Neftçi”nin braziliyalısı: “Onlardan sürpriz gözləməyə dəyər”](https://apasport.az/storage/news/2022/november/17/big/63763143ca62b63763143ca62c166869024363763143ca62963763143ca62a.jpg)
“Dünya çempionatında favoritim doğma komandamız olan Braziliya yığmasıdır”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Gilyerme Pato noyabrın 20-də start götürəcək dünya çempionatı ilə bağlı danışarkən deyib.
Braziliyalı futbolçu “pentakampeonlar”dan 6-cı çempionluğu gözləyir. Ancaq 21 yaşlı hücumameyilli oyunçu Cənbubi Amerikanın digər təmsilçisi Argentinanı da fərqləndirib: “Mundialda Braziliyaya azarkeşlik edəcəyəm. Düşünürəm ki, onların favorit göstərilməsi də əbəs yerə deyil. Amma turnirdən sürpriz də gözləməyə dəyər. Mən Argentinanın sürpriz komanda ola biləcəyini düşünürəm”.
Qeyd edək ki, DÇ-2022-nin açılış oyunu noyabrın 20-də meydan sahibi Qətərlə Ekvador arasında keçiriləcək.