“Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
05.10.2026 - 09:20
“Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0

İspaniya qadınlar liqasının VI turunda “Barselona” “Real”ı böyük hesabla məğlub edib.

Apasport.az xəbər verir ki, “Spotify Camp Nou”da keçirilən “El-Klassiko” Kataloniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Klaudiya Pina 4 qol vurub. Karolin Qrem Hansen, Eva Payor və Sidni Şertenleyb hərəyə bir dəfə fərqləniblər. Payor qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə də edib.

Görüşü stadiondan 40 533 azarkeş izləyib. Bu, İspaniya qadınlar liqası tarixində yeni tamaşaçı rekordu olub.

“Barselona” bu qələbədən sonra 6 oyundan maksimum 18 xal toplayaraq turnir cədvəlində liderliyini möhkəmləndirib.

“Real” isə ilk məğlubiyyətini alaraq 13 xalda qalıb.

Qeyd edək ki, “Barselona” növbəti turda “Logronyo” ilə, “Real” isə “Espanyol”la qarşılaşacaq.