"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı keçiriləcək oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, daha əvvəl İspaniya mətbuatı fransız futbolçunun zədəsini sağaldacağını və 8 yanvar tarixində baş tutacaq Madrid derbisində iştirak edəcəyini ehtimal edirdi. Lakin son məlumatlara görə, artıq bu ehtimal reallaşmayacaq. 27 yaşlı hücumçu “matrasçılar”a qarşı oynamayacaq.
Məlumata görə, Mbappe hətta Superkubok oyunlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına da komanda ilə birlikdə yollanmayacaq.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə keçirdiyi 24 matçda 29 qol vurub.
- Fransa çempionu olan klub Liqa-2-yə yuvarlanıb
- “Ağ-qaralar”da gözlənilməz ayrılıq - “Neftçi”nin ulduzu Braziliyaya gedir?
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- “Qarabağ”ın mümkün rəqibi dəqiqləşdi: “Viktoriya”
- "Neftçi"nin "Zirə" üzərindəki qələbəsi - VİDEO