“Real”ın sabiq üzvü MLS klubunda - RƏSMİ
06.02.2026 - 23:53
“Real Madrid” və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Xames Rodrigesin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
O, MLS təmsilçisi “Minnesota Yunayted”ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü cari ilin sonuna qədər “Minnesota Yunayted”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Xames Rodrigesin son klubu Meksikanın “Leon” komandası olub. O, karyerası ərzində “Portu”, “Monako”, “Everton” və digər klubların da formasını geyinib.
- Ferdi Kadıoğlu Kimdir? “Fənərbaxça”nın Universal Ulduzu
- Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurub
- Qurban Qurbanov gedir? - “Qarabağ”da son vəziyyət
- Qyoko Hacıyevski: “Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil” - MÜSAHİBƏ
- “Sumqayıt” “Başakşehir”in sabiq hücumçusu barədə qərarını verdi
0
0