Zaniolonun qolu “Udineze”yə bir xal qazandırıb
21.10.2025 - 00:47

İtaliya A Seriyasında VII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.
“Udineze” səfərdə “Kremoneze” ilə üz-üzə gəlib.
Gərgin keçən oyunun ilk hissəsi ev sahiblərinin minimal hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra qonaqlar hücumlarının sayını artırıblar və komandanın heyətində Nikolo Zaniolo görüşün 51-ci dəqiqəsində hesabı bərabərləşdirib. Matçda başqa qol qeydə alınmayıb.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
0
0