Renatın komandasında portuqaliyalı hücumçu
10.02.2024 - 10:24
Türkiyə Super Liqa komandalarından olan "Hatayspor" heyətini portuqaliyalı hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, millimizin şərəfini qoruyan Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Sloveniyanın "NK Olimpiya Lyublyana" klubunda çıxış edən Rui Pedronu heyətinə qatıb.
Bu barədə klub açıqlama yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı forvard "Lyublyana"nın heyətində 33 matçda 12 qol, 4 ötürmə ilə fərqlənib.
- Hakim yerə yıxıldı - Vardi fitini səsləndirdi - VİDEO
- Yoldaşlıq matçı: Belçika Xorvatiyanı məğlub edib
- Super Kubokun finalında "Barselona" "Real"la qarşılaşacaq
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- "Araz-Naxçıvan"dan yeni transfer
0
0