Rişarilsonun ARZUSU
15.06.2023 - 18:00
![Rişarilsonun ARZUSU](https://apasport.az/storage/news/2023/june/15/big/648b026b777c7648b026b777c81686831723648b026b777c5648b026b777c6.jpg)
Braziliya millisinin futbolçusu Rişarilsonun oynamaq istədiyi komandanın adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in hücumçusunun özü açıqlayıb.
O bildirib ki, arzusu “Real”ın formasını geyinməkdir: “Hər bir oyunçu “Real” forması geyinməyi arzulayır. Bu, dünyanın ən qüdrətli klubudur. Amma mənim müqaviləm var”.
Qeyd edək ki, Rişarilson ötən mövsüm Premyer Liqada 27 oyunda 1 qol vurub.
0
0