Sabiq "Fənərbaxça"lı klubsuz qalıb
26.11.2023 - 10:32

“Fənərbaxça” və Almaniya millisinin sabiq üzvü Maks Kruze klubsuz qalıb.
Apasport.az “Bild”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Paderborn”la yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. O, adıçəkilən klubda 5 ay idi ki, oynayırdı.
Kruze “Verder”, “Sankt-Pauli”, “Frayburq”, “Borussiya”(Münhenqladbax), “Volfsburq”, “Fənərbaxça”, “Union Berlin” klublarında çıxış edib.
Artıq almaniyalının aktiv futbolçu karyerasını başa vuracağı gözlənilir.
- UEFA Superkuboku uğrunda oyunu idarə edəcək hakimin adı bilindi
- Könüllü təşkilatlar arasında minifutbol turniri keçirilib
- Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb
- "Qarabağ"ın futbol akademiyasında məşqçi təyinatları gerçəkləşib
- Neymar: “PSJ-nin futbolçuları Messini anlamırlar”
0
0