ÇFR "Fəmərbaxça"nın sabiq hücumçusu İslam Slimani ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində ÇFR-yə qoşulmuşdu. 37 yaşlı forvard Kluj təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində "Sportinq", "Lester Siti", "Fənərbaxça", "Monako", "Lion", "Brest", "Koritiba" kimi klubların formasını geyinib.
- “Milan”ın futbolçusu Premyer Liqaya qayıda bilər
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları
- AFFA rəsmisi Avropa çempionatına təyinat alıb
- Cüdoçularımız Antalyada uğursuz olublar