Sabiq “Qalatasaray”lı butslarını mismardan asdı
11.04.2026 - 13:36
“Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Fernando gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını başa vurub.
Bu barədə o, şəxsi sosial media hesabında paylaşım edib.
38 yaşlı oyunçunun son klubu “İnternasional” olub.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü olan Fernando karyerası ərzində “Vila Nova”, “Portu”, “Eştrela”, “Mançester Siti” və “Sevilya” kimi klublarda çıxış edib.
0
0