Sampaoli Fransa klubunda
12.11.2024 - 10:42
Fransanın “Renn” klubunun yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisinin sükanı Xorxe Sampaoliyə tapşırılıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Sampaoli daha əvvəl Fransada “Marsel”də işləyib. Mütəxəssis son olaraq Braziliyada “Flamenqo”ya rəhbərlik edib. 64 yaşlı məşqçi 2023-cü ilin sentyabrından işsiz idi.
“Renn” Fransa Liqa 1-də 11 turdan sonra 11 xalla 13-cü sıradadır. Klubda bir neçə gün əvvəl baş məşqçi Julyen Stefan ilə yollar ayrılıb.
- Voyislav Stankoviç: "Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir"
- Azərbaycan klubu doğma şəhərinə qayıdır - EKSKLÜZİV
- Obameyanq keçəcəyi komandanı seçdi
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- İsmayıl Zülfüqarlıdan nişanlısına mesaj - MÜSAHİBƏ
0
0