Saşa Boey zədəsini sağaldıb
06.03.2024 - 18:48
"Bavariya"nın müdafiəçisi Saşa Boey meydanlara geri dönüb.
Apasport.az xəbər verir ki, ötən gün fərdi məşqlərə başlayan futbolçu zədəsini sağaldıb.
Fransız futbolçu yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq.
Xatırladaq ki, "Qalatasaray"dan "Bavariya"ya transfer olunan Saşa Boey fevralın 10-da keçirilən "Bayer Leverkuzen" matçında zədələndiyi üçün komandasının oynadığı 5 qarşılaşmada meydana çıxa bilməyib.
- İranda ilk dəfə qadın ədalət qoruyucusu hakimlər briqadasına daxil edilib
- Rauf Məmmədov turnirin qalibi oldu
- “Neftçi”nin transfer fəaliyyəti "Aris"lə oyundan asılı olacaq
- "Qarabağ" daha bir əcnəbi futbolçuya müqavilə təklif etdi
- Avropa Olimpiya Təsnifat Turnirinin açılış mərasiminin proqramı bilinib
0
0