Saxta adla həvəskar komandada oyuna çıxdı
19.09.2023 - 15:47
MLS-də kuryoz hadisə baş verib.
Apasport.az saytı xəbər verir ki, çempionatda iştirak edən “Monreal” komandasının üzvü Matko Milyeviçin müqaviləsinə xitam verilib.
Açıqlamada futbolçunun müqavilə qaydalarına zidd hərəkət etdiyi, bu səbəbdən də komandadan uzaqlaşdırıldığı bildirilir. Belə ki, 22 yaşlı amerikalı oyunçu dostuna aid bir həvəskar komandada saxta adla 3 matçda 6 qol vurub. Hətta bir qarşılaşmada rəqib futbolçunu vurduğu da iddia edilən Matko yarışlardan uzaqlaşdırılıb.
Qeyd edək ki, 2021-ci ildən “Monreal”ın şərəfini qoruyan Milyeviç bu mövsüm 8 oyunda iştirak edib.
- "Naxçıvan" və "Ordu" yoxlama görüşündə qarşılaşıblar
- "Barselona" PSJ ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
- "Neftçi"nin futbolçusu zədələnib: 1 ay oynamayacaq
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- Okan Buruk: “Birdən-birə kimsə zəng edir və komanda meydançadan çəkilir”
0
0