"Şaxtyor"dan yeni transfer
23.06.2026 - 16:08
"Şaxtyor"dan yeni transfer

"Şaxtyor" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Flamenqo" forması geyinən Ryan Robertonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Ukrayna təmsilçisi 18 yaşlı braziliyalı vinger üçün qarşı tərəfə 9 milyon avro ödəyib.

Qeyd edək ki, Ryan Roberto "Flamenqo"nun yetirməsidir.