Şesni "Barselona" ilə müqaviləsini uzadıb
08.07.2025 - 01:23
Şesni "Barselona" ilə müqaviləsini uzadıb

Polşalı qapıçı Voyçex Şesni "Barselona" ilə müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə “mavi qranatlar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər hesablanıb.

Xatırladaq ki, Şesni ötən ilin oktyabrında “Barselona”nın heyətinə qoşulub. O, ciddi zədə alan Mark-Andre ter Ştegeni əvəzləmək üçün karyerasını bərpa edib.