"Sevilya" “qara zolaq”dan çıxdı
20.12.2023 - 12:18
"Sevilya" yeni baş məşqçisi ilə çıxdığı ilk qarşılaşmada qalib gəlib.
Apasport.az xəbər verir ki, Əndəlüs klubu La Liqanın 18-ci turunda "Qranada"nın qonağı olub.
Kike Sançes Floresin rəhbərliyi altında ilk oyununu keçirən komanda səfər görüşündə 3:0 hesabı ilə qalib gəlib. Bununla da onlar 10 məğlubiyyətdən sonra ilk qələbəsini qazanaraq “qara zolaq”dan çıxıb.
Qeyd edək ki, 17 matçdan sonra 16 xal toplayan əndəlüslülər turnir cədvəlinin 13-cü sırasında yer alıb. Komanda növbəti matçında səfərdə Madrid "Atletiko"sunun qonağı olacaq.
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- Azərbaycan kuboku: “Qarabağ” - “Sabah” matçının biletləri satışa çıxarılıb
- Avropa çempionatı: 4 boksçumuz finalda
- Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək
- Paris-2024: Giorgi Meşvildişvilinin son rəqibi bəlli oldu
0
0